İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, regiondakı bəzi bazalardan İrana qarşı hücumlar edildiyi üçün İranın həmin hədəflərə cavab zərbələri endirməsi “qanuni özünümüdafiədir”.
Sitat.info-nun xarici mediaya istinadən məlumatına görə, o deyib ki, ölkələr öz ərazilərinin başqa dövlətlərə qarşı hücumlarda istifadəsinə icazə verməməlidir.
Bəqai həmçinin Avropa İttifaqını İranı tənqid edərkən “ikili standart” və “ikiüzlülük” sərgiləməkdə ittiham edib.
Aİ isə əvvəlki bəyanatında İranın Küveytə hücumlarını pisləyərək bunu suverenliyin pozulması və regional təhlükəsizliyə təhdid adlandırmışdı.
Tehran,
Sitat.info