TƏCİLİ! Milli Məclisin növbədənkənar iclası çağırıldı

16:14 1 İyun 2026

Milli Məclisin sədri Sahibə Qafarova növbədənkənar sessiyanın çağırılması haqqında sərəncam imzalayıb.

Sitat.info bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən bildirir.

Məlumata görə, Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova 82 deputatın tələbi ilə Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin II hissəsinə əsasən, 2026-cı il iyunun 1-dən Azərbaycan Respublikası Milli Məclisinin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb.



Xəbər xətti