Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması ölkə üçün yeni imkanlar yaradacaq və daha balanslı xarici siyasətin formalaşmasına şərait yaradacaq.
Sitat.info xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
Armenpress-in məlumatına görə, Paşinyan sosial şəbəkədə paylaşdığı videomüraciətdə hökumətin xarici siyasəti ilə bağlı fikirlərini bölüşüb.
O, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması məqsədinə çatacaqlarına əmin olduğunu vurğulayaraq, bunun Ermənistanın yeni keyfiyyətli dövlətə çevrilməsi üçün əlavə imkanlar açacağını deyib.
Paşinyanın sözlərinə görə, Türkiyə ilə münasibətlərin olmaması Ermənistanın xarici siyasətində balanssızlıq yaradır. O, bunu “tərəzinin bir gözünün boş qalmasına” bənzədib.
Ermənistanın baş naziri qeyd edib ki, bu yanaşma hər hansı bir istəkdən deyil, dövlət maraqlarından irəli gəlir və Ermənistanın Türkiyə, Azərbaycan və digər ölkələrlə münasibətlər qurmasının vacib olduğunu bildirib.
Tehran,
Sitat.info