Leysan, dolu, sel gəlir - XƏBƏRDARLIQ

18:59 1 İyun 2026

Azərbaycanın bir sıra bölgələrində leysan, dolu və sel təhlükəsi gözlənilir.

Bu barədə Sitat.info-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq iyunun 3-ü gündüz saatlarınadək hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.

Bəzi ərazilərdə yağıntının intensiv xarakter alacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur.

Məlumata görə, yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı gözlənilir. Eyni zamanda bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçməsi riski var.

Mütəxəssislər vətəndaşlara əlverişsiz hava şəraitini nəzərə almağı, xüsusilə dağlıq və dağətəyi ərazilərdə ehtiyatlı olmağı tövsiyə edirlər.



Xəbər xətti