Makron Rusiyanı "barbar" adlandırdı "Ukrayna qalib gəlməyi bacarmalıdır"

16:59 16 İyun 2022

Fransa prezidenti Emmanuel Makron rus qoşunları tərəfindən dağıdılan İrpin şəhərini ziyarət etdikdən sonra deyib ki, Ukrayna müharibədə qalib gələ bilməlidir.

SİTAT.İNFO xəbər verir ki, bu barədə Makron Tvitter hesabında məlumat verib.
"Biz viran edilmiş bir şəhər və barbarlığın izlərini gördük. Eləcə də rus ordusu Kiyevə yürüş edərkən onu dayandıran ukraynalı qadınların və ukraynalıların qəhrəmanlığını. Ukrayna müqavimət göstərir. O, qalib gəlməyi bacarmalıdır”, – Makron bildirib.

Lamiyə, 

SİTAT.İNFO



Xəbər xətti