İran ABŞ hücumlarını pisləyərək, onların atəşkəs anlaşmasını və beynəlxalq hüququ pozduğunu bildirib.
Sitat.info xəbər verir ki, bu ölkənin Xarici İşlər Nazirliyi Küveyt və Bəhreynin ABŞ-ın hücumlara görə "birbaşa və aydın məsuliyyət" daşıdığını bildirib, ərazilərinin və obyektlərinin ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarını dəstəkləmək üçün istifadə edildiyini iddia edib.
Rəsmi Tehran bildirib ki, özünümüdafiə hüququnu özündə saxlayır, cavab vermək üçün bütün mövcud vasitələrdən, o cümlədən gələcək hücumların mənbəyini hədəf almaqla istifadə edəcək.
Nigar,
Sitat.info