Təqribən 1 il əvvəl Moskva hava limanında narkotik vasitə ilə saxlanılan keçmiş amerikalı diplomat Mark Foqel 14 il müddətinə azadlıqdan məhrum edilib.
“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, Forel cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Xatırladaq ki, ABŞ-ın Moskvadakı səfirliyinin keçmiş əməkdaşı Mark Foqel 2021-ci il avqustun 15-i Moskvanın “Şeremetyevo” hava limanında saxlanılıb. Diplomat Moskvaya Nyu-Yorkdan həyat yoldaşı ilə gəlib. Foqelin saxlanılmasına səbəb isə xidməti itlərin diplomatın baqajına verdiyi reaksiya olub. Axtarış zamanı Foqelin baqajından marixuana və həşiş yağı aşkar olunub.
Amerikalı diplomat saxlanıldığı zaman səfirliyin əməkdaşı olmayıb. O, Moskvada müəllim olaraq çalışıb.