“İndi müqavilə bağlamağa daha az həvəsliyəm”

18:13 11 İyun 2026

ABŞ Prezidenti Donald Tramp bildirib ki, onun İran razılaşmasına marağı son bir neçə həftə ərzində azalıb.

Sitat.info xəbər verir ki, Tramp bu haqda “Fox News” telekanalına müsahibəsində danışıb.“Mən üç-dörd həftə əvvələ nisbətən indi müqavilə bağlamağa daha az həvəsliyəm”, - o deyib.

Ağ Ev rəhbəri əlavə edib ki, ABŞ münaqişəni gərginləşdirməkdə daha da irəli gedə bilər, lakin Amerika ictimaiyyətinin belə bir ssenarini dəstəkləyəcəyinə şübhə ilə yanaşır.



Xəbər xətti