“Tam məsuliyyət onların üzərinə düşür”

19:00 11 İyun 2026

İran hesab edir ki, ABŞ-nin zərbələrinin bərpası atəşkəsi mənasız edir.

Sitat.info xəbər verir ki, bu haqda CNN İran rəsmilərinə istinadən məlumat yayıb.

Telekanalın mənbələrinə görə, ABŞ-nin İrana son hücumları atəşkəs rejimini səmərəsiz edib.

“Bu qeyri-qanuni və təhlükəli hərəkətlərin nəticələrinə görə tam məsuliyyət ABŞ və bu hərəkətlərdə iştirak edən, onlara yardım edən və ya yardım göstərən istənilən ölkənin üzərinə düşür”, - İran xarici işlər nazirinin müavini Kazem Qaribabadi deyib.



Xəbər xətti