İstanbul Baş Prokurorluğunun məşhurlarla bağlı apardığı narkotik istintaqı çərçivəsində keçirilən əməliyyat nəticəsində 23 nəfər saxlanılıb.
Sitat.info Türkiyə mediasına istinadən xəbər verir ki, saxlanılan şəxslər arasında tanınmış simalar - Beren Saat, Kenan Doğulu, Ayşe Hatun Önal, Kerimcan Durmaz, Berdan Mardini, Ozan Doğulu, Enis Arıkan və digər şəxslər də olub.
Şübhəlilərdən qan və saç nümunələri götürüldükdən sonra onlar məhkəməyə çıxarılıb. Məhkəmənin qərarı ilə 9 nəfər barəsində həbs qətimkan tədbiri seçilib, 14 nəfər isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.
Həbs olunanlar arasında iş adamları Murat Saygı və Hasan Vatan da var.
Bundan başqa, Adnan Bekerin oğlu Oğuzhan Beker və Ali Efe Bezci barəsində ev dustaqlığı qərarı verilib.
Səid,
Sitat.info