Bu gün ABŞ-nin maliyyə naziri Skot Bessent Fox News telekanalına müsahibəsində İranla aparılan danışıqların yekun mərhələyə yaxınlaşdığını bildirib.
Sitat.info xəbər verir ki, onun sözlərinə görə, mövcud danışıqların gedişatı nəzərə alınarsa, ABŞ və İran arasında sülh sazişi bu həftənin sonu və ya ən gec bazar ertəsinə qədər yekunlaşdırıla bilər.
Bessent qeyd edib ki, prezident Donald Trampın İranın nüvə silahı əldə etməsinin qarşısını almaq istiqamətində atdığı addımlar qısamüddətli dövrdə enerji bazarlarına və Amerika ailələrinin büdcəsinə müəyyən təzyiqlər yaradıb.
“Son aylarda çətin şərait yaşandığını və enerji qiymətlərindəki artımın əməkhaqqı artımlarının mühüm hissəsini udduğunu anlayırıq. Lakin bu kritik mərhələni geridə qoyuruq”, – deyə o bildirib.
Nigar,
Sitat.info