Füzuli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sitat.info xəbər verir ki, məlumatına görə, hadisə iyunun 13-də gecə saatlarında rayonun Fin qəsəbəsində qeydə alınıb.
Rayon sakini Asif Balabəyov "Mercedes" markalı avtomobillə yolu keçmək istəyən 1959-cu il təvəllüdlü Şahmurad Quluyevi vurub.
Piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.