Sabah Azərbaycanda Məhərrəm ayı başlayır.
Qafqaz Müsəlmanları İdarəsinin məlumatına əsasən, iyunun 16-dan etibarən ölkə ərazisində Məhərrəm ayının ilk günü qeyd olunur.
Qurumun Qazılar Şurası və səlahiyyətli nümayəndələrinin müraciətində bildirilib ki, Məhərrəm və Səfər ayları ərzində keçirilən təziyə mərasimləri zamanı dinə uyğun olmayan davranışlardan, xüsusilə bədənə xəsarət yetirilməsi və özünə zərər verilməsi kimi hallardan çəkinmək tövsiyə olunur.