Arakçı Lavrovla danışdı

15:21 17 İyun 2026

İranın xarici işlər naziri Abbas Arakçı ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Sitat.info xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, tərəflər ABŞ və İran arasında imzalanmış memorandumun detallarını müzakirə ediblər.

Arakçı memorandumun müddəaları barədə Lavrova məlumat verib və ABŞ-ın sənədin şərtlərini yerinə yetirməsinin vacibliyini vurğulayıb.



Xəbər xətti