Gürcüstanın paytaxtı Tbilisidə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində tanınmış 21 yaşlı bayker və bloger Elene Ekvtimiaşvili həyatını itirib.
Sitat.info xarici KİV-ə istinadən xəbər verir ki, hadisə iyunun 16-da axşam saatlarında şəhərin Varketili rayonunda qeydə alınıb.
Məlumata görə, faktla bağlı məlumatı onun yaxınları sosial şəbəkələrdə yayıblar.
Qəzanın dəqiq başvermə şəraiti və səbəbləri hələlik açıqlanmayıb.
Elene Ekvtimiaşvili "TikTok" platformasında məşhur simalardan biri olub. Onun paylaşdığı videolar minlərlə baxış toplayırdı. Gənc bloger paytaxt küçələrində BMW markalı motosikleti ilə etdiyi gəzintiləri, həmçinin modifikasiya edilmiş Nissan markalı idman avtomobilini izləyicilərinə təqdim edirdi.
Hazırda Ekvtimiaşvilinin sosial şəbəkə hesablarına giriş məhdudlaşdırılıb və paylaşımlarının böyük hissəsi ictimaiyyət üçün əlçatmaz vəziyyətə gətirilib.