Yanğında körpəsini itirən ana da 8 gün sonra öldü

16:44 19 İyun 2026

Culfada səkkiz gün əvvəl baş verən yanğında xəsarət alan 22 yaşlı qadın vəfat edib.

Həkimlərin səylərinə baxmayaraq, 2004-cü il təvəllüdlü Fidan Dünyamin qızı Zeynalova iyunun 19-da müalicə aldığı xəstəxanada həyatını itirib.

Xatırladaq ki, hadisə iyunun 11-də Culfa şəhərindəki beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində qeydə alınıb. Yanğın nəticəsində 2023-cü il təvəllüdlü Emil Cəfər oğlu Zeynalov ölüb.



Xəbər xətti