Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində ən yaxın xilasetmə məntəqəsindən 3 km aralı, dənizdə nəzarətsiz ərazidə batan 4 nəfərdən ikisinin meyidi tapılıb.
Sitat.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Belə ki, dalğıc-xilasedicilər tərəfindən aparılan axtarışlar nəticəsində 1991-ci il təvəllüdlü Namiq İsabala oğlu Əzimovun və 2005-ci il təvəllüdlü Elnur İsa oğlu Əbdülovun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Digər vətəndaşlar - 2003-cü il təvəllüdlü Pərviz Zöhrab oğlu Məcidovun və 2007-ci il təvəllüdlü Elmar İsa oğlu Əbdülovun axtarışları davam etdirilir.