Təbrizdə qaz borusu partlayıb - VİDEO

15:19 1 İyul 2026

Bu gün Təbriz şəhərində qaz boru xəttində partlayış baş verib.

Sitat.info xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin Vadi Rəhmət bölgəsində qeydə alınıb. Məlumata görə, şəhər qaz şəbəkəsinə aid borulardan birinin partlaması nəticəsində ərazidə güclü yanğın başlayıb.

Yanğının söndürülməsi üçün hadisə yerinə çox sayda texnika və yanğınsöndürmə briqadası cəlb olunub.

Yerli medianın məlumatına görə, partlayış nəticəsində xəsarət alan olmayıb. Hadisənin başvermə səbəbləri araşdırılır.

 



Xəbər xətti