Fatimə Kərimova cinayətinin yeni detalları: Atasından daşınmaz əmlaklar qalıbmış

11:59 4 İyul 2026

Gürcüstanda dəhşətli şəkildə öldürülən Fatimə Kərimova ilə bağlı yeni detallar üzə çıxıb

Sitat.info-nun əldə etdiyi məlumata görə, 20 yaşlı Fatimə Kərimovanın öldürülməsi ilə bağlı bir çox informasiyalar həqiqəti əks etdirmir. 

20 yaşıl Fatimə Kərimovanın bir bacısı var. 2020-ci ildə anası, 2022-ci ildə isə atası vəfat edib. Orxan adlı şəxslə sevgi münasibəti olub və daha sonra onunla ayrılıblar. Atasının vəfatından sonra isə vərəsliklə Fatimənin adına bir neçə daşınmaz əmlak keçib.

F.Kərimovanın bu müddət ərzində Orxan adlı şəxslə birlikdə həmin əmlaklardan birini satıblar və əmlakın pul bölgüsü üstündə tərəflər arasında mübahisə yaranıb. F.Kərimova Orxanı məhkəməyə də verib. 

Daha sonra Fatimə Kərimova K.M-lə ( ad, soyad şərtidir) tanış olub və ailə həyatı qurmaq qərarına gəliblər. Bundan sonra isə Fatimə Kərimovanın Orxan adlı şəxslə münasibətinin olması narazılıq yaradıb. K.M-in ailəsi bu münasibətə qarşı olub. 

K.M isə ailəsinin qızdan ayrılmaq tələbini qəbul etməyib. Daha sonra cütlük Fatimə Kərimovanın bibisi oğlu olduğu deyilən Rahib adlı şəxs tərəfindən onları biznes qurmaq təklifi ilə Gürcüstana dəvət edilib. Cütlük bundan sonra Gürcüstana yollanıb. Bir müddət Gürcüstanda birgə yaşadıqdan sonra isə aralarında mübahisələr olub və Fatimə Kərimovanın bibisi oğlu da məsələyə müdaxilə edərək yola getmirlərsə ayrılmalarını məsləhət görüb. Bundan sonra K.M Fidan Kərimovadan ayrılaraq Bakıya qayıdıb. Daha sonra isə o, Fidan Kərimova ilə əlaqə saxlayaraq Bakıya qayıtmağı təklif edib. Fidan Kərimova isə əmisi oğlu Eminin gəldiyini və onunla birlikdə 3 gün ərzində Bakıya qayıdacağını bildirib. Sonra isə tərəflər arasında əlaqə kəsilib.

Fidan Kərimovanın əmisi oğlu bir müddət onu Tblisidə kirayə tutduğu mənzildə saxlayıb və bu müddət ərzində F.Kərimovaya şiddət göstərib və son olaraq da boğaraq qətlə yetirib. 

Cinayəti törətdikdən sonra isə sözügedən şəxsin digər bir xarici ölkəyə qaçdığı bildirilir(milli.az).



Xəbər xətti