Polis borcu olan 29 nəfəri tapdı

19:42 4 İyul 2026

Azərbaycanda iyulun 3-də axtarışda olan 39 nəfər tapılıb.

Sitat.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, onlardan 29-u borclu şəxs qismində axtarışda olan şəxslərdir.

Bundan başqa polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 9 nəfər də tapılaraq aidiyyəti üzrə təhvil verilib.



Xəbər xətti