Tanınmış kiprli türk iş adamı Halil Falyalı silahlı hücum nəticəsində həyatını itirib.
Manset.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, evinin yaxınlığında Halil Falyalı və həyat yoldaşının maşınlarının da olduğu konvoya silahlı hücum edilib.
Ağır yaralı olaraq xəstəxanaya çatdırılan H.Falyalının həyatını xilas etmək mümkün olmayıb. Onun sürücüsü hadisə yerində dünyasını dəyişib.
Hücum zamanı Falyalı ailəsinin başqa avtomobildə olduğu və həmin avtomobilə atəş açılmadığı bildirilib.
Qeyd edək ki, Halil Falyalı ötən ilin oktyabrında “quldurluq” və “məcburi saxlama” işi üzrə mühakimə olunaraq həbs edilmişdi. Girne Rayon Məhkəməsində qaldırılan iş təqibsizlik səbəbi ilə geri götürülərək Falyalı dekabrda azadlığa buraxılmışdı.
Xatırladaq ki, Falyalı 2016-cı ildən çirkli pulların yuyulması və narkotik ticarəti ittihamı ilə ABŞ tərəfindən axtarışa verilib. H.Falyalı Türkiyəli mafiyə lideri Sedat Pekərin videoları ilə gündəmə gəlmişdi. S.Peker onu narkotik ticarəti ilə məşğul olmaqda ittiham etmişdi.