Rusiya “Nyu-York”u bombaladı – SON DƏQİQƏ!

22:44 19 İyun 2022

“Rus işğalçılarının Luqansk vilayətinin Severodonetsk şəhərinə hücumu uğursuz olub”

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib.

Məlumatda deyilir ki, düşmən Severodonetsk istiqamətində gecə-gündüz “Orlan-10” PUA-sı ilə havadan kəşfiyyat aparır,

Severodonetsk şəhəri üzərində tam nəzarəti ələ keçirmək üçün hücum əməliyyatları həyata keçirir. Döyüşlər davam edir, lakin ruslar uğur qazana bilmir.

Baş Qərargah rusların müxtəlif istiqamətlərdə hücuma keçdiyini bildirib: “Baxmut istiqamətində düşmən Yakovlevka yaxınlığında vertolyotlarla hava zərbələri, Maiskoye, Dolomitnoye,

Zaitsevo və “Nyu-York ərazilərinə raket zərbələri endirib. Berestovoe kəndinin şərq kənarında ukraynalı əsgərlər düşmənin hücumunu uğurla dəf etdilər.

"Ukrayna Müdafiə Qüvvələrinin bölmələri düşmən qoşunlarına ciddi itkilər verməkdə davam edir və bütün istiqamətlərdə müdafiəni əzmlə saxlayır".

Rus qoşunları eyni zamanda, Xarkov istiqamətində top və raket artilleriyasından Ukrayna qoşunlarının mövqelərini intensiv atəşə tutub.

Həmçinin, Rubijnoye kəndi ərazisində kəşfiyyat işləri aparsalar da, uğur qazana bilməyiblər.

Safura Bənnayeva,

SİTAT.İNFO



Xəbər xətti