"Tərtər hadisələri" ilə bağlı 281 zərərçəkmiş şəxs müəyyən edilib

12:43 9 Fevral 2022

"Tərtər işi" ilə bağlı ötən müddət ərzində işgəncəyə və digər qanunsuz əməllərə məruz qalmış 163 yeni şəxs müəyyən edilərək zərərçəkmiş şəxs qismində tanınıb.

APA-nın xəbərinə görə, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.Bildirilib ki, işin halları üzrə tam, hərtərəfli dindirilib, onların məhkəmə-tibbi ekspertizadan keçirilmələri təmin edilib.

"Beləliklə, işgəncə faktları üzrə əvvəlki istintaq zamanı zərərçəkmiş kimi tanınmış şəxslərlə birlikdə cinayət işləri üzrə hal-hazıradək ümumilikdə 281 zərərçəkmiş şəxs müəyyən edilib. İş üzrə zərərçəkmiş şəxslərin müəyyən edilərək dindirilməsi prosesi davam etdirilir", - xəbərdə qeyd edilir.



Xəbər xətti