Tələbələrdən 3-5 min manat rüşvət tələb edən müəllim işdən çıxarıldı

14:14 20 İyun 2022

Tələbələrdən 3-5 min manat rüşvət tələb etməkdə ittiham olunan BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi Sədaqət Əhmədova işdən azad olunub. 

Bu barədə “Qafqazinfo”ya Universitetin Mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, Sədaqət Əhmədovanın əmək müqaviləsinə xitam verilib.

Qeyd edək ki, sosial şəbəkələrdə BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi Sədaqət Əhmədovaya məxsus səs yazısı yaylmışdı. Səs yazısında müəllimin birinci imtahandan keçmək üçün 3-5 min manat arası pul tələb olunduğunu deyilirdi: “İmtahandan kəsildinsə, ikinci şans verirlər, şansa bir də girirsən. Şansdan kəsildinsə, qalırsan sentyabra, payızda kəsilirsən. Belə də ki, 3-5 min arası puldur, verirsən, birincidən keçirsən”.

Universitetdən isə məsələnin ciddi araşdırıldığı bildirilmişdi.



Xəbər xətti