"Tərtər işi"nə görə həbs edilən zabit haqqında ŞOK FAKTLAR

13:55 9 Fevral 2022

Bu gün “Tərtər işi”nə görə hərbçilərə işgəncə verənlərin həbs edilməsi ilə bağlı xəbər vermişik.

Lent.az həmin işlə bağlı həbs edilən Axundov Fuad Arazi oğlu ilə bağlı dəhşətli faktlar əldə edib.

Belə ki, F. Axundov 2019-cu ildə həyat yoldaşı Xatirə Axundovanın üzünə “kislota” tökərək onun bədəninin müxtəlif nahiyələrinə yanıq xəsarətləri yetirib. Həmin il mediada yayılan məlumatlara görə, Axundov bu əməlini qısqanclıq səbəbi ilə etdiyini bildirib.

Bakı Ağır Cinayətlər Məhkəməsində aparılan məhkəmə istintaqı zamanı o, Cinayət Məcəlləsinin 126.2.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma - xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsi ilə ittiham olunub.

Qeyd edək ki, Müdafiə Nazirliyinin polkovnik-leytenantı F. Axundov aprel döyüşlərinə qədər Xızıda xüsusi təyinatlı bölüyün komandiri olub. Döyüşlərdən sonra onun müqavilə müddəti uzadılıb və Talış kəndinə göndərilib. Orada tabor komandiri vəzifəsini daşıyıb.



Xəbər xətti