Bağdadın “yaşıl zona”sına tanklar yeridildi

15:19 7 Avqust 2026

İraq ordusuna məxsus tanklar, zirehli texnikalar və terrorla mübarizə qüvvələri mümkün silahlı əməliyyatların qarşısını almaq üçün Bağdadın “yaşıl zona”sında yerləşdirilib.

Sitat.info xəbər verir ki, bu barədə İraq mediası məlumat yayıb.

Bildirilib ki, bu, İran tərəfindən dəstəklənən silahlıların cavab hücumları ilə bağlı narahatlıqlar fonunda baş verib.

Eyni zamanda, İraq Silahlı Qüvvələrinin sözçüsü Sabah əl-Numan bildirib ki, ölkə ərazisinin qonşu ölkələri təhdid etmək üçün istifadəsinə icazə verilməyəcək.



Xəbər xətti