Avropada ajiotaj! "Qazımız kəsilsə, hər şeyi yandırmağa hazırıq"

23:47 21 İyun 2022

Çexiya hakimiyyəti ölkəyə təbii qazın verilişi dayanacağı təqdirdə sakinlərin istilik və elektrik enerjisi ilə təmin etmək üçün “hər şeyi yandırmağa” hazırdır.

Sitat.info xəbər verir ki, bunu çərşənbə axşamı jurnalistlərə Çexiya hökumətinin enerji təhlükəsizliyi üzrə nümayəndəsi Vatslav Bartuşka deyib.

"Əgər bu qış qışda qaz dayandırılarsa, biz xalqımızı isitmək və elektrik enerjisi istehsal etmək üçün əlimizdən gələni edəcəyik". Bartuşka yaşıl enerji mənbələrinə keçidi sürətləndirməyə çağırıb, lakin bunun asan olmayacağını və müəyyən vaxt aparacağını etiraf edib.

Çexiya hökumətinin nümayəndəsi onu da qeyd edib ki, Aİ-nin arzuladığı qaz tədarükünün şaxələndirilməsi ilə bağlı  Avropa idxalçıları uzunmüddətli müqavilələr imzalaya bilərlər.

Ləman,

Sitat.info



Xəbər xətti