Meşədə dronunu axtaran ukraynalı jurnalisti rus hərbçiləri vəhşicəsinə edam etdilər - FOTOLAR

13:15 22 İyun 2022

Ukraynalı fotojurnalist Maksim Levin və onun dostu, Ukrayna Silahlı Qüvvələrinin döyüşçüsü Aleksey Çernışov mart ayında Kiyev yaxınlığındakı meşədə rus hərbçiləri tərəfindən soyuqqanlılıqla edam edilib.

Sitat.info xəbər verir ki, “Sərhədsiz Reportyorlar” təşkilatı jurnalistin ölüm şəraitini, o cümlədən cinayət yerindən tapılan sübutları hərtərəfli araşdırdıqdan sonra bu qənaətə gəlib: “Yəqin ki, Levin dronunu geri qaytarmaq üçün meşəyə gedibmiş. Orada onu artıq ərazinin bir hissəsini işğal etmiş düşmən qoşunları görüb.

Jurnalist əmin idi ki, dronla çəkdiyi kadrlar Rusiyanın Ukraynaya qəddarcasına müdaxiləsinə yaxşı sübut olacaq. O səbəbdən dronunu tapmaq üçün özünü riskə atıb. Edamdan əvvəl işgəncə ilə dindirilib. Ona iki güllə vurduqdan sonra, avtomobilə qoyaraq, yandırıblar.

Bildirək ki, jurnalistin cəsədi Quta kəndi yaxınlığında tapılıb.

Safura, SİTAT.İNFO

 




Xəbər xətti