Netanyahu: Türkiyə ilə qarşıdurma istəmirəm 

17:15 28 Avqust 2026

“Mən Türkiyə ilə qarşıdurma axtarmıram, amma bir şeyi bilirəm: düşmənin niyyətlərinə güvənmək olmaz”.

Sitat.info xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netenyahu deyib.

“Əgər İsrail dövlətini qorumaq istəyirsinizsə, daim düşmənin və düşmənlərinizin imkanlarından daha güclü imkanlara malik olmalısınız. Çünki niyyətlər dəyişir. Bilirsiniz, nə vaxt dəyişir? Siz zəif olanda. Onlar siz zəif olanda hücum edirlər, güclü olanda isə sizə hörmət edirlər. Onlar həmçinin güclü tərəflərlə sülh bağlayırlar.

Zəiflərlə sülh ittifaqları bağlamırlar. Buna görə də biz daim gücümüzü artırmalıyıq”, - o bildirib.



Xəbər xətti