Ötən gün Əfqanıstanın Paktika əyalətində baş verən 6.1 bal gücündə zəlzələdə ölənlərin sayı 1500-ü keçib.
Sitat.info xəbər verir ki, zəlzələ əhalinin sıx məskunlaşdığı ərazilərdə baş versə də, paytaxt Kabil də daxil olmaqla, Xost, Paktika, Qazni, Loqar və Nangerhar kimi əyalətlərdə güclü hiss olunub.
Havanın qaralması, rayon mərkəzlərinə və kəndlərə elektrik enerjisinin verilməməsi, yağış yağması ilə bağlı səhər saatlarına qədər axtarış-xilasetmə işləri dayandırılıb.
ABŞ-ın geri çəkilməsindən sonra ölkəni ələ keçirən Taliban isə zəlzələdən sonra dünyadan kömək istəyib.
İqtisadi çətinliklərlə üzləşən Kabil rəhbərliyi hər cür köməyə açıq olduqlarını bildirib.
Talibanın yüksək səviyyəli rəhbərlərindən biri zəlzələ bölgəsinə çata bilmədiklərini bəyan edib.
Lamiyə Xəqani
SİTAT.İNFO