Ukrayna ordusu seçim qarşısında: Müqavimət göstərmək çətinləşir...

10:32 24 İyun 2022

Rusiya ordusu Donbas bölgəsində irəliləyir. Severodonetskdə nəzarəti ələ keçirən rus qoşunları Lisiçanskdan təxminən 5 kilometr cənuba doğru irəliləyib.

Rusiya qüvvələrinin Lisiçanskın cənubunda Ukrayna əsgərlərini mühasirəyə aldığı və 1300-ə yaxın ukraynalı əsgərin mühasirədə olduğu bildirilir.

Müşahidəçilər deyirlər ki, bu şəraitdə Ukrayna ordusu çətin seçim qarşısındadır.  Ukrayna qüvvələri Lisiçanski müdafiə etmək və ya taktiki geri çəkilmə manevri etmək qərarına gələ bilər.

Lisiçanskın müdafiəsinin çoxlu hərbi və mülki itkilərə səbəb olacağı gözlənilir. Çünki , Rusiya qüvvələri Severodonetski artilleriya atəşi ilə vurarkən, mülki və hərbi hədəflər arasında fərq qoymayıb.

Lakin şəhərin nisbətən yüksəklikdə yerləşməsi Ukrayna ordusuna müdafiə baxımından əhəmiyyətli üstünlük verir. Bu üstünlük sayəsində həftələrlə rusların hücumlarını dəf etməyin mümkün olub. ABŞ istehsalı olan raket sistemlərini gözləyən Ukrayna üçün bu bir neçə həftə həlledici ola bilər.
ABŞ-ın göndərdiyi və müharibədə Ukrayna hərbçilərinə əhəmiyyətli güc təmin edəcək HIMARS raket sistemləri Ukraynaya gəlib. Ukraynanın müdafiə naziri Oleksii Reznikov amerikalı həmkarı Lloyd Ostinə sistemin ölkəyə gəldiyini elan edərək təşəkkür edib.
Çoxlüləli HIMARS raket sistemi həm Ukrayna, həm də Rusiyanın sahədə istifadə etdiyi sistemlərdən uzaqlıq məsafəsi və dəqiqliyi baxımından çox üstündür. Bildirilir ki, sistem orta müddətli perspektivdə Ukrayna ordusu üçün bu sahədə mühüm qazancdır.
Safura Bənnayeva,

SİTAT.İNFO



Xəbər xətti