Qarabağda qaz kəməri partladı,  bir erməni öldü - Xankəndi qazsız qaldı

11:40 10 Fevral 2022

Azərbaycanın Xankəndi şəhərini qazla təmin edən magistral kəmərdə partlayış olub və şəhərə mavi yanacağın verilməsi dayandırılıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı ermənilərə məxsus Telegram kanalları yayıb.

Mənbə qeyd edir ki, magistral qaz kəmərində qəzaya səbəb Kiçik Qaladərəsi (Kirov) qəsəbəsindəki qaz kəməri hissəsində boru kəmərinə icazəsiz və qanunsuz qoşulma olub.

Nəticədə partlayış baş verib.

İnsident zamanı bir erməni həlak olub, dağıntılar var.



Xəbər xətti