Zabratda küçələri su basdı: Hərəkət ÇƏTİNLƏŞİB

Zabratda küçələri su basdı: Hərəkət ÇƏTİNLƏŞİB
HADİSƏ 03 Oktyabr 2026 10:35
Sabunçu rayonunun bir sıra ərazilərində yağan yağış nəticəsində küçələri su basıb.

Sitat.info xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə videogörüntülər paylaşılıb.

Bildirilir ki, Zabrat qəsəbəsində vəziyyət daha acınacaqlıdır. Güclü yağışdan sonra küçələrdə suyun səviyyəsi artıb, həm piyadaların, həm də nəqliyyat vasitələrinin hərəkəti çətinləşib. 71 nömrəli tam orta məktəbin yerləşdiyi küçədə yaranmış vəziyyət səbəbindən nə piyadalar, nə də avtomobillər normal hərəkət edə bilir.

Qeyd edək ki, hazırda Bakıda yağışlı və küləkli hava şəraiti müşahidə olunur. Proqnoza əsasən, gün ərzində paytaxt ərazisində yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir./oxu.az