Azərbaycanda vəzifəli şəxs qəzada HƏYATINI İTİRDİ

21:09 25 İyun 2022

Dünən Göygöldə baş verən qəzada xəsarət alan sürücü bu gün xəstəxanada ölüb.

SİTAT.İNFO APA-ya istinadən xəbər verir ki, "Tofaş" markalı avtomobilin dərəyə aşması nəticəsində ölən şəxs 1964-cü il təvəllüdlü Bayramov Asif Hümbət oğludur.

Asif Bayramov Göygöl rayon Zurnabad kənd bələdiyyəsin sədri idi.

Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti