Rövnəq Abdullayevin yerinə gələn təzə rəhbər kollektivə təqdim olunub

20:14 10 Fevral 2022

Fevralın 10-da SOCAR TOWER-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə SOCAR-ın yeni təyin olunmuş birinci vitse-prezidenti Rövşən Nəcəf kollektivə təqdim olunub.

Azərbaycan Respublikasının İqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov yeni təyin olunmuş birinci vitse-prezident Rövşən Nəcəfi təyinatı münasibəti ilə təbrik edib.

M.Cabbarov Prezident İlham Əliyevin Sərəncamına əsasən, Rövşən Nəcəfin həm də SOCAR prezidentinin səlahiyyətlərini müvəqqəti olaraq icra edəcəyini qeyd edib.



Xəbər xətti