Putin mülki hədəfləri vurmağı əmr edib –“Bu terror aktıdır”

14:05 28 İyun 2022

"Kremençukdakı ticarət mərkəzinə raket hücumu nəticəsində azı 18 ukraynalı mülki şəxs həlak olub, 60-a yaxın insan isə yaralanıb.

Bu, Putinin mülki hədəfləri vurmaq əmri verdiyini təsdiqləyir”.

Sitat.info xəbər verir ki, bu sözləri Ukraynanın daxili işlər naziri Denis Monastırski deyib.

Monastyrskinin sözlərinə görə, ruslar cəmi 2 gün ərzində yaşayış məntəqələrinə 100-ə yaxın qanadlı raket atıb: "Poltava vilayətindəki Kremençuq ticarət mərkəzinə raket zərbəsi isə terror aktıdır, Rusiyanın Ukraynadakı növbəti hərbi cinayətidir ki, bu da Kremlin ukraynalıları qəsdən məhv etmək məqsədlərini təsdiqləyir. Kremençukun ətrafında hər hanı hərbi obyekt yoxdur. Ruslar bunu qəsdən edib”.

Lamiyə Xaqani,

Sitat.info



Xəbər xətti