ABŞ İranın Qeşm adasına zərbə endirib 

ABŞ İranın Qeşm adasına zərbə endirib 
Dünya 03 Noyabr 2026 12:05

The Wall Street Journal (WSJ) nəşri mənbələrə istinadən yazır ki, ABŞ noyabrın 1-də İranın Qeşm adasına zərbə endirib.

Sitat.info xəbər verir ki, nəşrin məlumatına görə, Vaşinqton artıq bir neçə həftədir İran ərazisindəki hədəflərə məhdudmiqyaslı zərbələr həyata keçirir. Qəzetin adı açıqlanmayan ABŞ rəsmilərinə istinadla verdiyi məlumata əsasən, Vaşinqton bu əməliyyatları müdafiə xarakterli addımlar kimi təqdim edir. WSJ bildirir ki, ABŞ administrasiyası tammiqyaslı hərbi əməliyyatları bərpa etmək niyyətində olduğu təəssüratı yaratmamaq üçün bu zərbələri ictimai diqqətdən kənarda saxlamağa çalışır.

Nigar,

Sitat.info