İngiltərə ilə Rusiya arasında GƏRGİNLİK – Xanım həmkarı Lavrovu qəzəbləndirdi

00:10 10 Fevral 2022

Moskvada Ukrayna ətrafındakı vəziyyətlə bağlı danışıqlarda İngiltərə Xarici işlər naziri Liz Trass NATO mərkəzçiliyini nümayiş etdirdi.  Sitat.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.  “Bu gün biz ətraflı şəkildə bildirdik ki, Londonda narahatlıq doğuran Rusiya silahlı qüvvələri Baltikyanı bölgədə yerləşən yüzlərlə və minlərlə İngiltərə hərbçisindən fərqli olaraq, öz ərazilərində yerləşir”, -nazir bildirib.  Lavrov həmçinin Trassa İngiltərə Baş naziri Boris Consonun Bolqarıstan və Rumıniyaya ingilis hərbçilərin göndərilməsinin zəruriliyini açıqladığını xatırladıb. Trass Lavrova cavabında deyib ki, İngiltərə silahlı qüvvələri də öz ərazilərində yerləşdiriləcək, çünki Rumıniya da, Bolqarıstan da NATO ölkələridir.  Trassla danışıqlardan sonra keçirilən birgə mətbuat konfransında Lavrov bildirib ki, ingilis diplomat ona yeni heç nə deməyib. O vurğulayıb ki, İngiltərə tərəfi “Rusiya qoşunlarının Rusiya ərazisindən çıxarılması” tələbini dəyişməyib.Teleqraf.com



Xəbər xətti