Bakıda ailəli qadın ölümlə hədələnir: İşgəncələrə məruz qalır

10:10 11 Fevral 2022

akıda ailəli qadın ölümlə hədələnir - AÇIQLAMA

 

Bakı şəhərində qadın işgəncələrə məruz qaldığını bildirib.

Bu barədə R.Qafarova adlı qadın sosial şəbəkədə paylaşım edib.

O, əri tərəfindən döyülərək işgəncələrə məruz qaldığını və hadisə ilə bağlı Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən izahatı alındığını bildirib:

“Amma hələ də heç bir tədbir görülmür. Üç övladım var və birinin sağlamlıq imkanları məhduddur. İşə gedə bilmirəm, ölümlə təhdid olunuram. Mən ölmək istəmirəm”.

Daxili İşlər Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Bakıda qadının əri tərəfindən işgəncələrə məruz qalması ilə bağlı araşdırma aparılır:

“Nazirlik yayılan məlumatdan xəbərdardır və araşdırma aparılır”.



Xəbər xətti