Bir toy videosunda rəqs edən gənclərdən 27 nəfəri II Qarabağ savaşında şəhid olub. Videonu gənc alim Əpoş Vəliyev paylaşıb. Bu sözləri qeyd edib: Qardaşım şəhid mayor Vüsal Vəliyevin də iştirak etdiyi bu toy Ağstafada olub. Vüsal toyu olan bəyin komandiri idi. Videoda 27 şəhid var.
1. Mayor Vüsal Vəliyev
2. Mayor Anar Novruzov
3. Kapitan Pənahov Rövşən
4. Kapitan Cəbrayılov Elnur
5. Bas leytenant Dadaşzadə Mahir
6. Leytenant Sadıqov Emin
7. Baş gizir Qafarov Rəvan
8. Baş gizir Hacıyev Teymur
9. Gizir Şirinov Elvin
10. Gizir Babayev Yaşar
11. Çavuş Həsənov Fariz
12. Çavuş Abdullayev Taleh
13. Çavuş Məmmədli Fazil
14. Çavuş Veyisli Xaləddin
15. Çavuş Əliyev Timur
16. Çavuş Qasımov Oruc
17. Çavuş Nəsibov Elməddin
18. Çavuş Qaragözov Alixan
19. Çavuş Pənahov Elməddin
20. Çavuş Namazov Mahmud
21. Çavuş İsgəndərov Pərvin
22. Çavuş Mustafayev Sərxan
23. Çavuş Məmmədov Əhməd
24. Çavuş Mədətov Asif
25. Çavuş Mustafayev Zaur
26. Kicik çavuş Namazov Taleh
27. Əsgər İbrahimov Elçin
Allah şəhidlərimizə rəhmət eləsin!