Ukrayna polisi Rusiya şirkətlərinin dəyəri 18 milyon qrivnalıq əmlakına həbs qoyub. Hüquq-mühafizə orqanlarının əməkdaşları 94 konteyner götürüblər.
Ukrayna Milli Polisi Rusiya Federasiyasının nəzarətində olan şirkətlərə məxsus 94 universal konteyneri həbs edib. Əmlak kommersiya məqsədi ilə korrupsiya və digər cinayətlərdən əldə edilmiş aktivlərin müəyyən edilməsi, axtarışı və idarə edilməsi üzrə Milli Agentliyə verilib.
SİTAT.İNFO xəbər verir ki, bu barədə idarənin mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunur ki, konteyner sahibləri əldə etdikləri gəlirləri ofşor və Rusiya hesablarına köçürüblər. Gələcəkdə vəsait Rusiya Federasiyasının qoşunlarını maliyyələşdirmək üçün istifadə oluna bilər.
Xatırladaq ki, iyunun əvvəlində Baş Prokurorluq Rusiya və Belarus şirkətlərinin əmlakına həbs qoyulmasını təmin edib. Söhbət 420 vaqondan və digər maddi sərvətlərdən gedir. Əmlakın ümumi dəyəri 21 milyon dollardır.
Safura,
Sitat.info