Britaniyanın müdafiə naziri Putini təhqir edib - “qısaboy sindiromlu dəli”

09:18 30 İyun 2022

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Rusiya prezidenti Vladimir Putini “qısaboy sindromu” olan “dəli” kimi xarakterizə edib.

Sitat.info xəbər verir ki, Ben Uolles Putin haqqında kəskin tənqidi fikirlər səsləndirib:  

“Düşünürəm ki, prezident Putinin özünə və dünyaya baxışı qısa boylu kişi sindromu və maço baxışıdır”, - müdafiə naziri Uolles açıqlamasında deyib.

“Ancaq məncə, burada əsl problem Rusiya əhalisinin  bəzi ölkələrə nisbətən daha az hüquqlara malik olması və onların hüquqlarının sayılmadığı qənaətidir”, - Wallace bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova üçün də  “dəli” ifadələrini işlədən Uolles, “Ədalət naminə  Xarici İşlər Nazirliyinin sözçüsü hər həftə komediya şousu kimi bəyanat verir, hamını nüvə silahı ilə hədələyir. O da Putin kimi əsl dəlidir". 

Digər tərəfdən, Böyük Britaniyanın baş naziri Boris Conson Putinin Ukraynaya hücumunun “toksik şəxsiyyət”in nümunəsi olduğunu bildirib. Conson , Rusiyanı qadın lider idarə etsəydi, eyni səhvlər olmazdı"- deyə qeyd etdi: “Sizə hakimiyyətdə daha çox qadın lazımdır”.

Nigar Abuzər,

SİTAT.İNFO



Xəbər xətti