Azərbaycanda DƏHŞƏT: Qazi dörd uşaq anasını məktəbdə qətlə yetirdi

13:49 11 Fevral 2022

İsmayıllı rayonunda törədilən qətllə bağlı bəzi faktlar məlum olub.

Sitat.info xəbər verir ki, Lent.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu gün Basqal kənd tam orta məktəbində baş verib.

Məktəbin gözətçisi vəzifəsində çalışan kənd sakini, 1997-ci il təvəllüdlü Əhmədli Bəxtiyar Qurban oğlu aralarında baş verən dava zamanı məktəbin xadiməçisi, 1982-ci il təvəllüdlü Qəhrəmanova Gülarə Qara qızını bıçaqlayıb. Ağır bədən xəsarətləri alan Gülarə Qəhrəmanova çoxlu qan itirdiyi üçün hadisə yerində dünyasını dəyişib.

Məlumata görə Gülarə Qəhrəmanova ailəlidir, 4 uşağı var.

Qətli törədən Bəxtiyar Əhmədli isə Vətən müharibəsi qazisidir. O, Qubadlı, Füzuli, Cəbrayılın işğaldan azad olunmasına görə və "Cəsur döyüşçü" medalları ilə təltif olunub. Qətli törədən Bəxtiyar Əhmədli sözügedən məktəbdə mühafizəçi işləyirmiş. O hadisə yerindən qaçıb. Hazırda onun tutularaq istintaqa təhvil verilməsi üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

***

İsmayıllı rayonunda qətl hadisəsi baş verib.

Musavat.com-un APA-ya istinadla xəbərinə görə, hadisə bu gün Basqal kənd tam orta məktəbində qeydə alınıb. Məktəbin gözətçisi vəzifəsində çalışan kənd sakini, 1997-ci il təvəllüdlü Əhmədli Bəxtiyar Qurban oğlu aralarında baş verən dava zamanı məktəbin texniki işçisi, 1982-ci il təvəllüdlü Qəhrəmanova Gülarə Qara qızını bıçaqlayıb. Ağır bədən xəsarətləri alan Gülarə Qəhrəmanova çoxlu qan itirdiyi üçün hadisə yerində keçinib.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Məlumata görə, Gülarə Qəhrəmanova ailəlidir, 4 uşağı var. Qətli törədən Bəxtiyar Əhmədli hadisə yerindən qaçıb. Hazırda onun tutularaq istintaqa təhvil verilməsi üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.



Xəbər xətti