Ukraynanı şərqdən və şimaldan mühasirəyə alan Rusiya ordusunun on minlərlə əsgərlə güc göstərisinə başladığı vaxtda, 9 və 10 fevral tarixlərində peykdən çəkilən fotoşəkillər dünya gündəminə bomba kimi düşüb.
SİTAT.İNFO xarici mediaya istinadən xəbər verir ki, ötən gün Avropadakı yeganə müttəfiqi Belarusla kütləvi təlimlərə başlayan Rusiyanın prezidenti Vladimir Putin Qara dənizdə Ukraynanı mühasirəyə alıb. Kiyev administrasiyası bildirir ki, Qara dənizlə Azov dənizini birləşdirən Kerç boğazı fevralın 13-də başlayacaq Rusiya təlimlərinə görə bağlanacaq.
ABŞ-ın Maxar texnologiya firmasının yaydığı son peyk fotoşəkilləri Putinin 2014-cü ildə ələ keçirdiyi Rusiya, Belarus və Krımda rus qoşunlarının yerləşdiyi yerləri aydın şəkildə göstərir.
Fotolardan birində Belarus-Ukrayna sərhədində yerləşən Qomeldəki Zyabrovka aviabazası əks olunub. Zyabrovkadan Ukrayna sərhədinə qədər olan məsafə 25 kilometrdən azdır.
Aviasiya bazasında diqqəti cəlb edən bir detal var: Rusiya ordusunun tikdiyi nəhəng səhra xəstəxanası. Həkim qruplarının sərhədə göndərilməsi və səhra xəstəxanasının yaradılması mümkün işğal kimi şərh edilir.
Fotoşəkili böyütdükdə görünür ki, sözügedən səhra xəstəxanası Rusiya ordusunun Dağlıq Qarabağda qurduğu xəstəxana ilə eynidir.
Krım yarımadasındakı Oktyabrskoye aviabazada çadır düşərgələri seçildiyi halda, Slavnedə zirehli texnika yan-yanadır. Krımın Novoozernoye bölgəsində rus artilleriya bölmələri təlim atışları edərkən peykdə fotolar qeydə alınıb.
Ukrayna sərhədinə çox yaxın olan Kurskda da oxşar görüntülər var. Minlərlə əsgərin qarla örtülmüş təlim meydançasına sığındığı təxmin edilir. Kursk Ukrayna sərhədindən təxminən 110 kilometr məsafədədir.
Rusiyanın həm Belarus, həm də Krım ətrafında keçirdiyi təlimlərə cavab verən Ukrayna tanklarla təlim keçir. Ukrayna ordusu həmçinin Bayraktar TB2 pilotsuz uçuş aparatlarını, ABŞ-ın göndərdiyi Javelin tank əleyhinə raketlərini və İngiltərə tərəfindən göndərilən NLAW tank əleyhinə raketləri sınaqdan keçirir.
Digər vacib məqam isə odur ki, cümə günü səhər saatlarında danışan ABŞ prezidenti Co Bayden ilk dəfə dünya müharibəsi ilə bağlı danışıb və Ukraynadakı amerikalıların dərhal ölkəni tərk etmələrini tələb edib. ABŞ-ın vətəndaşlarını hansı ssenaridə xilas edəcəyi ilə bağlı suala Bayden, "Heç bir ssenari yoxdur. Amerikalılar və rlar bir-birinə atəş açsalar, bu, dünya müharibəsinə səbəb olacaq”.
Dünyanın ən böyük ordularından biri ilə qarşı-qarşıya olduqlarını ifadə edən ABŞ lideri, "bu, olduqca fərqli bir vəziyyətdir və işlər tez bir zamanda nəzarətdən çıxa bilər" -deyib.
Co Bayden “Amerika vətəndaşları Ukraynanı dərhal tərk etməlidir” ifadəsini də işlədib. ABŞ Dövlət Departamenti də oxşar xəbərdarlıq edib.
ABŞ prezidenti həmçinin bəyan edib ki, Moskva administrasiyası Ukraynaya müdaxilə etsə, ölkədə qalan amerikalıların təxliyəsi üçün qoşun göndərməyəcək.
Bununla belə, ABŞ-ın atdığı yeni hərbi addım da diqqətdən kənarda qalmayacaq. Amerika ordusu məşhur bombardmançı B-52-ləri təlimlər üçün İngiltərəyə göndərib. Ukrayna böhranının kəskinləşdiyi bir vaxtda Avropaya enən B-52-lər NATO təlimləri üçün havaya qalxacaq.
Diplomatik cəbhədə mümkün müharibənin və ya işğalın qarşısını almaq üçün zamana qarşı yarış gedir. Moskva və Kiyev administrasiyaları denən axşam saatlarında elan ediblər ki, Donbasda döyüşlərə son qoymaq məqsədilə Fransa və Almaniya rəsmiləri ilə danışıqların ilk günündə heç bir irəliləyiş əldə edə bilməyiblər.
NATO-nun baş katibi Stoltenberq də hazırkı mənzərəni Avropanın təhlükəsizliyi üçün "ən təhlükəli an" olaraq xarakterizə edərək, "Rusiya əsgərlərinin sayı artırır. Mümkün hücum üçün xəbərdarlıq müddəti də azalır"- deyib.
Son xəbər: Peyk göründü! Ukraynada da eynilə Dağlıq Qarabağdakı kimi
Ukraynanı şərqdən və şimaldan mühasirəyə alan Rusiya ordusunun on minlərlə əsgərlə güc göstərisinə başladığı vaxtda, 9 və 10 fevral tarixlərində peykdən çəkilən fotoşəkillər dünya gündəminə bomba kimi düşüb.
Ötən gün Avropadakı yeganə müttəfiqi Belarusla kütləvi təlimlərə başlayan Rusiyanın prezidenti Vladimir Putin Qara dənizdə Ukraynanı mühasirəyə alıb. Kiyev administrasiyası bildirir ki, Qara dənizlə Azov dənizini birləşdirən Kerç boğazı fevralın 13-də başlayacaq Rusiya təlimlərinə görə bağlanacaq.
ABŞ-ın Maxar texnologiya firmasının yaydığı son peyk fotoşəkilləri Putinin 2014-cü ildə ələ keçirdiyi Rusiya, Belarus və Krımda rus qoşunlarının yerləşdiyi yerləri aydın şəkildə göstərir.
Fotolardan birində Belarus-Ukrayna sərhədində yerləşən Qomeldəki Zyabrovka aviabazası əks olunub. Zyabrovkadan Ukrayna sərhədinə qədər olan məsafə 25 kilometrdən azdır.
Aviasiya bazasında diqqəti cəlb edən bir detal var: Rusiya ordusunun tikdiyi nəhəng səhra xəstəxanası. Həkim qruplarının sərhədə göndərilməsi və səhra xəstəxanasının yaradılması mümkün işğal kimi şərh edilir.
Fotoşəkili böyütdükdə görünür ki, sözügedən səhra xəstəxanası Rusiya ordusunun Dağlıq Qarabağda qurduğu xəstəxana ilə eynidir.
Krım yarımadasındakı Oktyabrskoye aviabazada çadır düşərgələri seçildiyi halda, Slavnedə zirehli texnika yan-yanadır. Krımın Novoozernoye bölgəsində rus artilleriya bölmələri təlim atışları edərkən peykdə fotolar qeydə alınıb.
Ukrayna sərhədinə çox yaxın olan Kurskda da oxşar görüntülər var. Minlərlə əsgərin qarla örtülmüş təlim meydançasına sığındığı təxmin edilir. Kursk Ukrayna sərhədindən təxminən 110 kilometr məsafədədir.
Rusiyanın həm Belarus, həm də Krım ətrafında keçirdiyi təlimlərə cavab verən Ukrayna tanklarla təlim keçir. Ukrayna ordusu həmçinin Bayraktar TB2 pilotsuz uçuş aparatlarını, ABŞ-ın göndərdiyi Javelin tank əleyhinə raketlərini və İngiltərə tərəfindən göndərilən NLAW tank əleyhinə raketləri sınaqdan keçirir.
Digər vacib məqam isə odur ki, cümə günü səhər saatlarında danışan ABŞ prezidenti Co Bayden ilk dəfə dünya müharibəsi ilə bağlı danışıb və Ukraynadakı amerikalıların dərhal ölkəni tərk etmələrini tələb edib. ABŞ-ın vətəndaşlarını hansı ssenaridə xilas edəcəyi ilə bağlı suala Bayden, "Heç bir ssenari yoxdur. Amerikalılar və rlar bir-birinə atəş açsalar, bu, dünya müharibəsinə səbəb olacaq”.
Dünyanın ən böyük ordularından biri ilə qarşı-qarşıya olduqlarını ifadə edən ABŞ lideri, "bu, olduqca fərqli bir vəziyyətdir və işlər tez bir zamanda nəzarətdən çıxa bilər" -deyib.
Co Bayden “Amerika vətəndaşları Ukraynanı dərhal tərk etməlidir” ifadəsini də işlədib. ABŞ Dövlət Departamenti də oxşar xəbərdarlıq edib.
ABŞ prezidenti həmçinin bəyan edib ki, Moskva administrasiyası Ukraynaya müdaxilə etsə, ölkədə qalan amerikalıların təxliyəsi üçün qoşun göndərməyəcək.
Bununla belə, ABŞ-ın atdığı yeni hərbi addım da diqqətdən kənarda qalmayacaq. Amerika ordusu məşhur bombardmançı B-52-ləri təlimlər üçün İngiltərəyə göndərib. Ukrayna böhranının kəskinləşdiyi bir vaxtda Avropaya enən B-52-lər NATO təlimləri üçün havaya qalxacaq.
Diplomatik cəbhədə mümkün müharibənin və ya işğalın qarşısını almaq üçün zamana qarşı yarış gedir. Moskva və Kiyev administrasiyaları dünən axşam saatlarında elan ediblər ki, Donbasda döyüşlərə son qoymaq məqsədilə Fransa və Almaniya rəsmiləri ilə danışıqların ilk günündə heç bir irəliləyiş əldə edə bilməyiblər.

SİTAT.İNFO