Zabux kəndindəki ermənilər Böyük Qaladərəsi və Kiçik Qaladərəsi kəndlərinə (Şuşa rayonundadır – red.) köçürüləcək. Laçındakı ermənilər üçün isə digər proqramlar həyata keçiriləcək. Onlara Ermənistanda mənzillər verilə bilər.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bunu iyulun 1-də Xankəndidə separatçı-terrorçu rejimin qondarma “ombudsmanı” Geqam Stepanyan deyib.
“Həm Laçın, həm də Zabux sakinləri məcburi köçkünlərlə eyni imtiyazlardan istifadə edirlər", - Geqam Stepanyan əlavə edib.