Ötən gün “ARB" kanalında yayımlanan "Həmin Zaur" verilişində yaranan mübahisə nəticəsində Zaur Kamal cənubi azərbaycanlı müğənni Afşin Azərini efirdən uzaqlaşdırıb. Aparıcınnı bu davranışı kəskin tənqid atəşinə tutuldu, hətta onun televiziyadan uzaqlaşdırılmasını tələb edənlər də oldu.
Məsələ ilə bağlı Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Sitat.info-ya açıqlamasında Zaur Kamalın siyasi sifarişlə etdiyini bildirdi: " Bu məsələ sadəcə şou məsələsi deyil, çox ciddi, siyasi və Azərbaycan xalqının bütövlüyünə, birliyinə qarşı yönəlmiş bir məsələdir. Düşünülmüş, planlaşdırılmış şəkildə, sifarişli həyata keçirilib.
Məqsəd Azərbaycanın şimal və cənub türkləri arasında soyuqluq yaratmaqdır. Afşin Azəri cənubi, şimali Azərbaycanda ən çox sevilən müğənnilərdən biridir. Bir klipi var ki, 14 milyon baxış gəlib. Zaur Kamal sözlərinə görə, onu Azərbaycanda heç kəs tanımır. Mən öz maşınımda onun musiqilərini oxuduram. Fars şovinizmi basqısı altında Aqşin Azəri və onun kimi cənubi Azərbaycanlı müğənnilər ağır şərtlərdə Azərbaycan musiqisini yaşadır və mədəniyyətini inkişaf etdirirlər. Bu insanlar təkcə müğənni deyil, həm də milli qəhrəmanlardır.Onun sözlərinə görə, Zaur Kamalın arxasında hansısa çirkli qüvvələr dayanır: ”Dəqiqədə bir Aqşinə " iranlı" deyir, heç olmasa, “cənubi Azərbaycan türkü” de. O prinsiplə yanaşanda, Zaur da gürcüstanlıdır, burda nə işi var, qayıtsın gəldiyi yerə. Belə ləyaqətsiz, şəxsiyyətsiz insanları Azərbaycan cəmiyyəti üçün imicmeyker kimi istifadə etmək, insanların qarşısına çıxarmaq xalqa qarşı ən böyük qəsdlərdən biridir. Bu gün xalqımızın mədəni səviyyəsinin aşağı olmasının əsas səbəblərindən biri, Azərbaycan teleaparıcılarının əksəriyyətinin səviyyəsiz, ləyaqətsiz, mədəniyyətsiz insanlar olmasıdır. Bu düşünülmüş bir siyasət kimi həyata keçirilir. Çünki, bir xalqı imicmeykerləri kimlərdirsə, əhalinin də böyük çoxluğu onlara oxşayırlar”.
Sərdar bəy vurğuladı ki, Zaur Kamal Azərbaycan televiziyalarından qovulmalıdır, bir daha xalqın üzünə çıxmamalıdır:” Onun uzun illərdir ki, Azərbaycan televiziyalarında aktyorlara , artistlərə və sair. qarşı əxlaqsız, tərbiyəsiz davranışlarını müşahidə etmişik. Çox aşağı səviyyəli, mədəniyyətdən, mənadan uzaq verilişləri var. Ondan başqa bir şey gözləmək olmaz. Afşin Azəri isə, öz adı ilə çox şey deyir”.
QARŞI TƏRƏFİN DƏ MÖVQEYİNİ DƏRC ETMƏYƏ HAZIRIQ
Sitat.info