Rusiyalı turistlər Antalyada qəzaya düşdü - 9 yaralı + Video

12:32 5 İyul 2022

Türkiyənin Antalya şəhərində turistləri daşıyan avtobusla minik avtomobili toqquşub.

“Sitat.info” Türkiyə mediasına istinadən xəbər verir ki, qəza nəticəsində 9 nəfər yaralanıb.

Onlardan üçünün Rusiya vətəndaşı olduğu bildirilir. 

Yaralılara hadisə yerində ilkin yardım göstərildikdən sonra xəstəxanalara göndəriliblər.

/Qafqazinfo



Xəbər xətti