Ərdoğan neçə dəfə peyvənd olunduğunu açıqlayıb

23:30 11 Fevral 2022

Təzəlikcə koronavirusa qalib gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərin suallarını cavablandırıb.

Türkiyə prezidenti bildirib ki, iki doza “Sinovak” və üç doza “Biontech” peyvəndi vurdurub və peyvəndlərin təsirindən xəstəliyi yüngül formada keçirib.

O qeyd edib ki, virusa yoluxduqdan 4-5 gün sonra koronavirus testinin nəticəsi neqativ olub və o, artıq tam sağalıb.

R.T. Ərdoğan, həmçinin, bazar ertəsi Birləşmiş Ərəb Əmirliklərinə səfərinin planlaşdırıldığını söyləyib.

Türkiyə Prezidenti xanımı Əminə Ərdoğanın hələ COVID-19-dan sağalmadığını da mətbuat nümayəndələrinin diqqətinə çatdırıb.

“Ümid edirəm bazar gününə qədər sağalar və səfərdə mən tək qoymaz”, - R.T.Ərdoğan vurğulayıb.



Xəbər xətti