İki erməni Qarabağda döyüşməmək üçün özlərini şikəst ediblər - Bir-birilərinə atəş açıblar

09:07 12 Fevral 2022

Ermənistanın İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsində orduda özünü şikəst etmə faktı ilə bağlı cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Məlumata görə, təhqiqat zamanı məlum olub ki, 2020-ci il sentyabrın 27-də başlayan müharibə zamanı Ermənistanın hərbi qulluqçuları V.K və N.A. döyüşlərdə iştirak etməmək məqsədilə bir-birinin sağlamlığına zərər vurmaqla (özünü şikəst etməklə) hərbi xidmət çərçivəsində müəyyən öhdəliklərin icrasını müvəqqəti dayandırmaq barədə razılığa gəliblər.

Əsgər N.A bu məqsədlə 19 oktyabr 2020-ci il saat 02:00 radələrində tabeliyindəki AK-74 avtomatından V.K-nın sol çiynindən bir dəfə atəş açaraq, sağlamlığına yüngül xəsarət yetirib. Bundan sonra əgər V.K. N.A.-ya AK-74 avtomatından atəş açaraq onu sağ ayağından yaralayıb. Bu, onların hərbi xidmət çərçivəsində müəyyən vəzifələrin icrasının müvəqqəti dayandırılmasına səbəb olub.

Onlar Ermənistan Cinayət Məcəlləsinin “Özünü şikəst etməklə, xəstəlik simulyasiyası və ya digər qanunsuz yollarla hərbi xidmətdən yayınma”, “Özünü şikəst etməklə, xəstəlik simulyasiyası və ya digər qanunsuz yolla hərbi xidmətdən yayınmada iştirak etmə”, “Qəsdən sağlamlığa ağır zərər vurma” və “Qəsdən sağlamlığa yüngül xəsarət yetirmə” maddələri ilə ittiham olunublar.

Cinayət işi ittiham aktı ilə birlikdə Sünik vilayətinin birinci instansiya məhkəməsinə göndərilib./report



Xəbər xətti