Daxili İşlər Nazirliyinin mətbuat xidməti iyulun 13-də bir qrup şəxsin Nazirlər Kabinetinin önündə aksiya keçirmək barədə çağırışlarına münasibət bildirib.
Qurumdan Sitat.info-ya bildirilib ki, icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış hər hansı aksiyanın keçirilməsi yolverilməzdir. Ona görə də belə bir cəhd olarsa, onun qarşısı alınacaq. Bu zaman baş verə biləcək hər hansı insidentin məsuliyyəti qeyd olunan aksiyanın təşkilatçılarının üzərinə düşəcək.
Qeyd edək ki, ötən gün Milli Şuranın üzvü Tofiq Yaqublu quru sərhədlərin açılması şüarı ilə iyulun 13-də Nazirlər Kabinetinin önündə piket keçiriəcəyini açıqlayıb.